AZ

ABŞ dövlət katibinin Ermənistana səfərinə Kremldən reaksiya

BAKI, 25 may. TELEQRAF

“Kreml İrəvandan Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmaq niyyətində olmadığı barədə açıqlamalar alıb”.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Peskov ABŞ dövlət katibi Marko Rubionun mayın 26-da İrəvana gözlənilən səfəri kontekstində qeyd edib:

“Bu yaxınlarda həm Baş nazir Nikol Paşinyandan, həm də xarici işlər nazirindən Ermənistanın Rusiya əleyhinə ritorika ilə məşğul olmayacağı barədə açıqlamalar eşitdik. Bu açıqlamaları nəzərə alırıq”.

Seçilən
29
teleqraf.com

1Mənbələr