AZ

Azərbaycanda ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI

2026-cı ilin 1 yanvar tarixinə Azərbaycanda minik avtomobillərinin sayı 1 milyon 676.1 min ədədə çatıb. Bu, əvvəlki illə müqayisədə 90.8 min ədəd və ya 5.73% artım deməkdir.

Banker.az xəbər verir ki, avtomobil parkında ən böyük paya malik marka əvvəlki illərdə olduğu kimi VAZ (LADA) olub. Vacib bir qeydlə bildirək ki, burada bütün modifikasiyada olan VAZ-lar hesablanır. Lakin bu markanın sayı il ərzində 135.5 min ədəd və ya 33.8% azalaraq 265.6 minə düşüb.

İkinci yerdə “Mercedes” qərarlaşıb. Alman markasının avtomobillərinin sayı 222.1 min ədədə yüksələrək illik müqayisədə 0.82% artıb. Öncəki illərlə müqayisədə daha aşağı templə artır. İlk beşlikdə həmçinin “Hyundai” (153.9 min), “Toyota” (124.9 min) və KIA (107 min) yer alıb. Bu markaların hər biri üzrə illik artım 7-9% intervalında olub.

Ən diqqətçəkən dinamika isə Çin istehsalı markalarda müşahidə olunub. “Changan” avtomobillərinin sayı bir ildə 8.95 mindən 38.8 minə yüksələrək 333% artıb. BYD markası üzrə artım 385% olub və avtomobillərin sayı 19.8 minə çatıb.

Elektrikli avtomobil istehsalçısı “Tesla” da sürətli artım göstərib. Ölkədə “Tesla” markalı avtomobillərin sayı bir ildə 535-dən 1,144-ə yüksələrək 113.8% artıb.

Çin markaları arasında “Geely” 47.1%, “Haval” 24.2%, BAIC 33.8%, “Dong Feng” 100%, GAC 68.3%, JAC isə 255% artım nümayiş etdirib. Bu tendensiya son illərdə bazarda Çin avtomobillərinə marağın sürətlə yüksəldiyini göstərir.

Ənənəvi sovet və köhnə markalarda isə azalma davam edib. QAZ (“Volqa”) avtomobillərinin sayı 2.64%, “Moskviç” 1.17%, “Zaporojets” 1.56%, “Tofaş” 3.53%, “Daewoo” isə 4.12% azalıb.

Premium seqmentdə də artım qeydə alınıb. BMW markalı avtomobillərin sayı 5.2% artaraq 46.9 minə, “Land Rover” 12.9% artaraq 14.3 minə, Porsche isə 5.19% artaraq 2,738 ədədə yüksəlib. “Rolls Royce” avtomobillərinin sayı da 14.9% artaraq 85-ə çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin 1 yanvarına 1 milyon 502 min, 20250ci ilin eyni dövrünə isə 1 milyon 585 min ədəd minik avtomobili vardı:

Seçilən
18
1
banker.az

2Mənbələr