AZ

Portuqaliyalı müdafiəçi daha iki il Gəncə klubunda çıxış edəcək

"Kəpəz" klubu legioner futbolçusu Dioqo Verdaska ilə müqaviləsinin müddətini uzadıb.
 
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, portuqaliyalı müdafiəçi ilə 2 illik yeni rəsmi sözləşmə imzalanıb.
 
Qeyd edək ki, geridə qalan mövsüm ərzində D.Verdaska Misli Premyer Liqasında meydana çıxdığı 28 qarşılaşmada 1 dəfə fərqlənməyi bacarıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasında çıxış edib.
 
Seçilən
20
moderator.az

1Mənbələr