"Kəpəz" klubu legioner futbolçusu Dioqo Verdaska ilə müqaviləsinin müddətini uzadıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, portuqaliyalı müdafiəçi ilə 2 illik yeni rəsmi sözləşmə imzalanıb.
Qeyd edək ki, geridə qalan mövsüm ərzində D.Verdaska Misli Premyer Liqasında meydana çıxdığı 28 qarşılaşmada 1 dəfə fərqlənməyi bacarıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasında çıxış edib.