AZ

Əfran İsmayılov “Araz-Naxçıvan”dan getdi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” klubu məşqçisi Əfran İsmayılov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib. Rəhbərlik onun müraciətini müsbət cavablandırıb.

Xatırladaq ki, Əfran İsmayılov son 3 mövsümdə Naxçıvan klubunun məşqçilər korpusunda yer alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 46 xalla 6-cı pillədə bitirib. 33 oyunda 13 qələbə qazanmış muxtar respublika təmsilçisi 7 heç-heçə və 13 məğlubiyyət görüb.

Hədəflərinə çata bilməyən komandanın baş məşqçisi Andrey Demçenkonun da postundan ayrılması gözlənilir. Bu üzdən böyük ehtimalla “Araz-Naxçıvan” növbəti mövsümə tam yenilənmiş məşqçilər korpusu ilə hazırlaşacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
15
7
arena.az

10Mənbələr