AZ

Putin indi də Qazaxıstana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin  bu həftə Qazaxıstana səfər edəcək. 

Ölkə.az xəbər verir ki, Putinin Qazaxıstana dövlət  səfəri Prezident Kasım-Jomart Tokayevin rəsmi dəvəti əsasında realalşacaq. 

Putinin Qazaxıstana  səfəri mayın 27-dən 29-dək davam edəcək. 
Səfərdə keçiriləcək görüşlər zamanı Qazaxıstan və Rusiya arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

Avrasiya İqtisadi Forumu mayın 28-də Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasının iclası isə mayın 29-da keçiriləcək.
İki dövlət başçısı sonuncu dəfə may ayında görüşüb. Cənab Tokayev 9 mayda Qələbə Günü  Paradına qatılmaq üçün Moskvaya uçan xarici qonaqlar arasında idi.

Mürtəza

Seçilən
15
olke.az

1Mənbələr