Rusiya Prezidenti Vladimir Putin bu həftə Qazaxıstana səfər edəcək.
Ölkə.az xəbər verir ki, Putinin Qazaxıstana dövlət səfəri Prezident Kasım-Jomart Tokayevin rəsmi dəvəti əsasında realalşacaq.
Putinin Qazaxıstana səfəri mayın 27-dən 29-dək davam edəcək.
Səfərdə keçiriləcək görüşlər zamanı Qazaxıstan və Rusiya arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.
Avrasiya İqtisadi Forumu mayın 28-də Avrasiya İqtisadi Birliyi ölkələrinin liderlərinin iştirakı ilə keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasının iclası isə mayın 29-da keçiriləcək.
İki dövlət başçısı sonuncu dəfə may ayında görüşüb. Cənab Tokayev 9 mayda Qələbə Günü Paradına qatılmaq üçün Moskvaya uçan xarici qonaqlar arasında idi.
Mürtəza