AZ

Beş ölkə NATO-nun Ukraynaya hərbi yardım təklifini rədd etdi...



Britaniya, Fransa, İspaniya, İtaliya və Kanada NATO-nun baş katibi Mark Ruttenin təklif etdiyi və üzv ölkələrin ÜDM-nin illik 0,25%-ni Ukraynaya hərbi yardım üçün ayırmağı nəzərdə tutan planı bloklayıblar.

"The Daily Telegraph" qəzetinə danışan mənbələr bildiriblər ki, bu ölkələr təşəbbüsə "kifayət qədər həvəsli deyil", NATO daxilindəki bəzi ölkələr isə təklifi dəstəkləyiblər.

Lakin qərarın yekdillik tələb etməsi planın Ankara sammitində müzakirəsini çətinləşdirir.

Tahir TAĞIYEV

Seçilən
13
baki-xeber.com

1Mənbələr