ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İran Xarici İşlər Nazirliyi Azərbaycanın Təbrizdəki konsulunun həlak olduğu yol qəzası ilə bağlı başsağlığı verib.
Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb.
O bildirib ki, Konsulluq İdarəsi Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb.
Onun sözlərinə görə, diplomatın nəşinin göndərilməsi üçün koordinasiya aparılıb.
XİN sözçüsü vurğulayıb ki, İran zəruri prosedurların icrası və nəşin göndərilməsi üçün yardım göstərməyə hazırdır.
Qeyd edək ki, Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov mayın 23-də xidməti fəaliyyətini yerinə yetirərkən Culfa-Təbriz avtomagistral yolunda Mərənd qəsəbəsi yaxınlığında avtomobil qəzasında ölüb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.