AZ

Pakistanda ağır qəza: 17 nəfər həyatını itirdi

Pakistanda
Pakistanın Hayber Paxtunxva əyalətində mikroavtobusun yol kənarında park edilmiş avtobusa çırpılması nəticəsində azı 17 nəfər ölüb. 1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar üzrə xilasetmə xidmətinin rəsmisi Şah Fahad bildirib.
Məlumata görə, qəza Mardan şəhəri yaxınlığında baş verib. Onun sözlərinə görə, yüksək sürətlə hərəkət edən mikroavtobus magistral yolun kənarında dayanmış avtobusa çırpılıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 17 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Şah Fahad qeyd edib ki, ilkin araşdırmalar qəzanın mikroavtobus sürücüsünün ehtiyatsızlığı səbəbindən baş vermiş ola biləcəyini göstərir.

Seçilən
19
1news.az

1Mənbələr