AZ

HANSISA NİKOL PAŞİNYAN... Medvedev ondan əl çəkmir

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə əlaqələri kəsmək kursunu tutub.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “RİA Novosti”-yə açıqlamasında deyib.

Daha əvvəl Medvedev qeyd etmişdi ki, Paşinyan bir tərəfdən İrəvanı Aİ-yə "sürükləməyə", digər tərəfdən isə Avrasiya İqtisadi Birliyinə üzvlüyün üstünlüklərini qorumağa çalışarkən "arxası üstə bərk düşə bilər”.

"Hansısa Nikol Paşinyan Rusiya ilə əlaqələri kəsmək kursunu tutub. Bunu açıq şəkildə etiraf etmək lazımdır. Ona elə gəlir ki, bizim ölkəmizlə əlaqələri riskə ataraq müxtəlif siyasi axınların arasından sıxışıb keçməklə özünə Qərbdə şişirdilmiş nüfuz qazanmaq sərfəlidir", - Medvedev deyib.

Qeyd edək ki, Medvedev Rusiya ilə “strateji müttəfiq” olan Ermənistanın Baş nazirini dəfələrlə öz sosial şəbəkə hesabında təhqir edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
azpolitika.info

1Mənbələr