AZ

Ermənistan Rusiya ilə əlaqələri kəsir

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyi (AİB) ilə münasibətləri birbaşa təhlükəyə atıb, onun hərəkətləri ciddi nəticələrə səbəb olacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yerli mediaya deyib.

Medvedevin sözlərinə görə, Ermənistan AİB-ə üzvlükdən ən çox faydalanan ölkələrdən biri olsa da, Paşinyan Moskvanın “qardaşlıq köməyini” qiymətləndirməyib:

“O, faktiki olaraq KTMT ilə əlaqələrini kəsib, halbuki Rusiya KTMT çərçivəsində həmişə Ermənistanı öz tanınmış sərhədləri daxilində müdafiə etməyə hazır olub. O, AİB sammitlərində iştirakdan da imtina edib və Rusiyanın məkrli düşmənlərini İrəvanda toplayır”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
icma.az

1Mənbələr