AZ

“Sabah”ın futbolçusu “Neftçi”nin TRANSFER HƏDƏFİNDƏ

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Bizim.Media xəbər verir ki, paytaxt təmsilçisi hazırda “Sabah”dan ayrılacağı gözlənilən Amin Seydiyevi heyətinə qatmağı planlaşdırır.

“Neftçi” artıq Seydiyevə təklif göndərib. “Sabah”ın baş məşqçisi Valdas Dambrauskasın etimad göstərmədiyi futbolçunun “Neftçi”yə keçmək ehtimalı xeyli yüksəkdir.

Qeyd edək ki, “Sabah”ın kapitanı olmasına baxmayaraq Amin Seydiyev başa çatan mövsümdə demək olar ki, meydana çıxmayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
26
50
bizim.media

10Mənbələr