“Real Madrid”də böyük dəyişikliklərin yaşana biləcəyi ilə bağlı iddialar irəli sürülüb. Metbuat.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Joze Mourinyonun komandaya rəhbərlik etməsi halında heyətdə genişmiqyaslı yenilənmə planı gündəmdədir. Klubun oyun üslubunu dəyişmək və yeni sistem qurmaq üçün bir sıra futbolçuların satışına razılıq verilə biləcəyi bildirilir.İddialara əsasən, qarşıdakı mərhələdə komandada adından və statusundan asılı olmayaraq qərarlar veriləcək. Məşqçinin tələblərinə cavab verməyən oyunçuların heyətdən göndərilməsi istisna olunmur.Mümkün ayrılıqlar siyahısında Vinisius Junior, Eduardu Kamavinqa, Daniel Sebalyos, Ferlan Mendi, Andrey Lunin və Qonsalo Qarsiyanın adları hallanır. Bundan başqa, Federiko Valverde və Orelyen Tçuameninin də klubdakı vəziyyətinin yenidən nəzərdən keçirilə biləcəyi qeyd olunur.Məlumata görə, yeni layihədə əsas prioritet müdafiədə etibarlı, nizam-intizamlı və taktiki baxımdan daha çevik futbolçular olacaq.