AZ

Torpaq sahələrindən səmərəsiz istifadə; Bakıda bu amil tıxaca səbəb olur? EKSPERT

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəhərlərdə torpaq sahələrindən qeyri-səmərəli istifadə nəqliyyat və hərəkətlilik problemlərinin əsas səbəblərindən biri hesab olunur.

Avtosfer.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev paylaşım edib. O bildirib ki, şəhərsalma zamanı düzgün planlaşdırmanın aparılmaması və prioritetlərin yanlış müəyyənləşdirilməsi nəticəsində həm sürücülər, həm piyadalar, həm də ictimai nəqliyyat istifadəçiləri ciddi çətinliklərlə üzləşirlər.

Ekspertin sözlərinə görə, torpaqdan səmərəsiz istifadə müxtəlif hərəkət iştirakçılarının mobil imkanlarını məhdudlaşdırır, nəqliyyat axınlarının bir-birinə qarışmasına və nəticədə xaotik hərəkət mühitinin yaranmasına səbəb olur:

“Şəhər məkanında prioritetlər düzgün qurulmadıqda nəqliyyat sistemində balans pozulur. Bu isə tıxacların artmasına, hərəkət təhlükəsizliyinin zəifləməsinə və insanların gündəlik mobilliyinin çətinləşməsinə gətirib çıxarır”.

Müasir şəhər planlamasında piyadaların, velosiped istifadəçilərinin və ictimai nəqliyyatın maraqları paralel şəkildə nəzərə alınmalıdır. Onun fikrincə, şəhər infrastrukturu yalnız avtomobillər üçün deyil, bütün hərəkət iştirakçıları üçün əlçatan və təhlükəsiz şəkildə qurulmalıdır.

Ekspert hesab edir ki, gələcəkdə nəqliyyat problemlərinin azalması üçün şəhərsalma siyasətində uzunmüddətli və dayanıqlı yanaşmaların tətbiqi vacibdir.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
50
avtosfer.az

10Mənbələr