AZ

Məhkəmə Tarix Əliyevlə bağlı qərar verdi

Tarix Əliyev barəsində xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edilib.

Publika.az xitab24.az-a istinadla xəbər verir ki, məhbus xanımı Tarix Əliyevin Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

İddiaçı qadın buna səbəb kimi Tarix Əliyevin 8 iyun 2025-ci il tarixdə “TikTok”da canlı yayım zamanı məhbus ailələrini təhqir etməsini göstərib.

Nərimanov Rayon Məhkəməsində hakim Kamal Babayev xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edib.

Bundan sonra iddiaçı və onun nümayəndəsi Bakı Apellyasiya Məhkəməsinə üz tutub. Lakin bu instansiya da Nərimanov Rayon Məhkəməsinin qərarını dəyişdirmədən saxlayıb.

Seçilən
12
publika.az

1Mənbələr