AZ

Firudun Qurbanov: Son illərdə dünyada 200-ə yaxın dil yox olub

BAKI, 25 may. TELEQRAF

“Son illərdə dünyada 200-ə yaxın dil yox olub. Tarixi faktlar göstərir ki, dillərin ölməsi prosesi davam edir. Qlobal dünyada dillərin itirilməsi riski daha yüksəkdir. Alimlər bu prosesi “linqvistik soyqırım” adlandırırlar. Qloballaşma şəraitində milli fərqlər azalır, xalqların özünəməxsusluğu və dil kimliyi isə müəyyən təhlükələrlə üzləşir”.

Teleqraf xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini Firudun Qurbanov“Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransında bildirib.

F.Qurbanov qeyd edib ki, dil dövlətçiliyin əsas atributlarından biridir:

“Bu, milli kimliyin zəifləməsinə gətirib çıxaran amil kimi qiymətləndirilir. Məktəb təhsili dillərin funksional inkişafında əsas rol oynayır. Ana dilini öyrətməsək, ondan məhrum ola bilərik. Ana dilini əcnəbi dillə əvəz etmək düzgün deyil.”

Seçilən
16
teleqraf.com

1Mənbələr