AZ

Alimlər diz ağrılarını azaltmağın sadə üsulunu açıqlayıblar

Alimlər müəyyən ediblər ki, fiziki aktivliyin artırılması və xüsusi məşqlər diz ağrılarının azalmasına kömək edə bilər.

Editor.az xəbər verir ki, araşdırma xüsusilə osteoartritdən əziyyət çəkən insanlar üçün ümidverici nəticələr ortaya qoyub.

Mütəxəssislərin sözlərinə görə, osteoartrit 40 yaşdan yuxarı insanların təxminən hər dörd nəfərindən birində müşahidə olunur. Xəstəlik tədricən oynaq qığırdaqlarını zədələyir və hazırda tətbiq olunan müalicə üsulları əsasən ağrıkəsicilər və ağır hallarda oynaq dəyişdirilməsi əməliyyatı ilə məhdudlaşır.  

Araşdırma zamanı alimlər müəyyən ediblər ki, müntəzəm hərəkətlilik, yüngül idman və əzələləri gücləndirən məşqlər diz oynaqlarına düşən yükü azaldaraq ağrıların yüngülləşməsinə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, xüsusilə gündəlik gəzinti, üzgüçülük və fizioterapiya məşqləri xəstələrin həyat keyfiyyətini yaxşılaşdıra bilər. Bununla yanaşı, həkim məsləhəti olmadan ağır fiziki yüklənmədən qaçmaq tövsiyə edilir.

Araşdırmanın nəticələri osteoartrit müalicəsində qeyri-dərman üsullarının əhəmiyyətini bir daha ön plana çıxarıb.

//Gülnarə Abasova, Editor.az

Seçilən
14
editor.az

1Mənbələr