AZ

23 yaşında Daun sindromlu olduğunuÖYRƏNDİ

Amerikada yaşayan bir qadın 23 yaşında nadir rast gəlinən mozaik Daun sindromu diaqnozu aldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, məlumatı "Daily Mail" yayımlayıb.

Onun sözlərinə görə, uşaqlıqdan ürək döyüntüsünün sürətlənməsi, oynaq problemləri və öyrənmə çətinlikləri yaşasa da, həkimlər bu əlamətlərin Daun sindromu ilə bağlı olduğunu düşünməyiblər. Səbəb isə onda sindroma xas xarici görünüş dəyişikliklərinin olmaması olub.

Şübhələr qadının üç uşağında Daun sindromu aşkarlanandan sonra yaranıb. Əlavə müayinələr nəticəsində onda xəstəliyin nadir mozaika forması müəyyən edilib. Bu halda əlavə xromosom yalnız bəzi hüceyrələrdə olur.

Qadın bildirib ki, diaqnozdan sonra illərlə yaşadığı problemlərin səbəbini nəhayət öyrənib.

Hazırda o, sosial şəbəkələrdə öz hekayəsini paylaşaraq bu nadir sindrom haqqında insanları məlumatlandırmağa çalışır.

Aytəkin TOFİQQIZI

Seçilən
35
1
redaktor.az

2Mənbələr