Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Paytaxtın Nəsimi rayonunda - metronun “28 May” stansiyası yaxınlığında binanın üzlüyü yüksəklikdən həyətə tökülüb.
“Qafqazinfo” xəbər verir ki, hadisəyə dair görüntüləri bloqer Saleh Nəsirli paylaşıb.
Bildirilib ki, hadisə Səməd Vurğun parkının yanındakı çoxmərtəbəli binada baş verib.
Binanın aqlay örtüyünün qoparaq tökülməsi nəticəsində bir neçə avtomobilə ciddi zərər dəyib.
Xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.