AZ

Messi zədə səbəbindən dünya çempionatını buraxa bilər

BAKI, 25 may. TELEQRAF

Argentina millisinin kapitanı və “İnter Mayami”nin ulduzu Lionel Messi dünya çempionatı ərəfəsində zədələnib.

Teleqraf xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Argentinalı futbolçu "Filadelfiya Yunion"la qarşılaşmada (6:4) zədə şübhəsi səbəbindən oyunu yarımçıq tərk edib. Messi meydanı narahat vəziyyətdə tərk etdikdən sonra “İnter Mayami”nin tibbi heyəti dərhal onun durumunu nəzarətə götürüb.

Hazırda 38 yaşlı hücumçunun zədəsinin nə dərəcədə ciddi olduğu bilinmir. Klub yaxın saatlarda futbolçunun vəziyyəti ilə bağlı ətraflı müayinələrin nəticəsini açıqlayacaq.

Messinin mümkün zədəsi xüsusilə Argentina millisində ciddi narahatlıq yaradıb. Belə ki, təcrübəli futbolçu 2026-cı il dünya çempionatında komandasının əsas simalarından biri hesab olunur.

Seçilən
4
teleqraf.com

1Mənbələr