AZ

Gecəsi 15 min dollar olan hoteldə qaldılar

Fransada keçirilən Kann Film Festivalı zamanı dünyanın ən məşhur simaları lüks hotellərdə qalmağa üstünlük verib. Festival günlərində bu hotellərin qiymətləri minlərlə dolları keçir.

Publika.az xəbər verir ki, xarici media bununla bağlı yazı dərc edib. Hotellərin siyahısı və qiymətləri açıqlanıb:

Ən məşhur məkanlardan biri "Hôtel du Cap-Eden-Roc" hesab olunur. Dəniz mənzərəli və yüksək məxfilik təqdim edən hotel gecəsi 2 800–15 000 dollar arasında dəyişən qiymətləri ilə tanınır. Burada əsasən Hollivud ulduzları və məşhur iş adamları qalıb.

Festivalın simvollarından biri sayılan "Carlton Cannes, a Regent Hotel" isə ilk Kann Film Festivalına 1946-cı ildə ev sahibliyi etməsi ilə məşhurdur. Tarixi memarlığı ilə seçilən hoteldə bir gecəlik qiymətlər 2 500–6 500 dollar arasında dəyişir.

Məşhurların ən çox seçdiyi digər ünvanlardan biri də "Hôtel Martinez by Hyatt"dir. Art Deco üslubunda dizayn edilən hotel geniş penthausları və lüks xidmətləri ilə diqqət çəkir. Burada gecələmək üçün isə minimum 3 800 dollar ödəmək lazımdır.

Seçilən
68
publika.az

1Mənbələr