AZ

ABŞ NPT konfransında yekun sənədin qəbul edilməməsinin səbəbini açıqladı

BAKI, 25 may. TELEQRAF

ABŞ administrasiyası Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə icmal konfransında yekun sənədin qəbul edilməməsini İranla bağlı fikir ayrılıqları ilə əlaqələndirib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbər müavini Tommi Piqottun yaydığı yazılı bəyanatda bildirilib.

“ABŞ NPT iştirakçısı olan dövlətlərin 2026-cı il icmal konfransının yekun sənədi üzrə konsensusa gələ bilməməsindən təəssüflənir”, - deyə bəyanatda qeyd olunub.

Tommi Piqott bildirib ki, bəzi iştirakçı dövlətlərin İranın qlobal nüvə silahlarının yayılmaması rejimi üçün yaratdığı təhlükəyə ciddi yanaşmaması Vaşinqton tərəfindən gələcək təmaslarda müzakirə ediləcək.

O vurğulayıb ki, ABŞ nüvə tərksilahı, nüvə silahlarının yayılmaması və atom enerjisindən dinc məqsədlərlə istifadə prinsiplərinə sadiq qalır.

Tommi Piqott həmçinin İranın NPT çərçivəsində üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyini iddia edib.

İranın BMT-dəki daimi nümayəndəliyi də NPT icmal konfransının ardıcıl üçüncü dəfə ABŞ və müttəfiqlərinin addımları səbəbindən yekun sənədsiz başa çatdığını vurğulayıb.

Seçilən
35
teleqraf.com

1Mənbələr