AZ

KİV: ABŞ və İran arasında Hörmüz boğazı ilə bağlı prinsipial razılıq əldə olunub

BAKI, 25 may. TELEQRAF

ABŞ və İran Hörmüz boğazının açılmasını nəzərdə tutan razılaşma üzrə prinsipial anlaşmaya gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" mənbələrə istinadən yazıb.

Bildirilir ki, razılaşma Hörmüz boğazında gəmiçiliyin bərpasını nəzərdə tutur. Bununla belə, nə vaxt gəmi hərəkətinin tam bərpa olunacağı və neft qiymətlərinin nə zaman aşağı düşəcəyi hələ məlum deyil.

Nəşrin məlumatına əsasən, razılaşma əldə ediləcəyi halda İranın boğaz üzərində nəzarəti hansı formatda həyata keçirəcəyi də hələ dəqiqləşdirilməyib.

Bundan əvvəl "Fox News" da İranın çərçivə sazişinə prinsipial razılıq verdiyini və sənəd üzrə işlərin 95 faiz tamamlandığını bildirib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yekun razılaşmanın hazırlanması üçün daha beş-yeddi gün vaxt verə bilər.

Donald Tramp daha əvvəl İranla razılaşmanın hələ tam şəkildə yekunlaşdırılmadığını bildirib. O, həmçinin nümayəndələrinə Tehranla sazişin bağlanması məsələsində tələsməməyi tapşırdığını deyib.

Seçilən
54
1
teleqraf.com

4Mənbələr