525.az saytından alınan məlumata görə, ain.az bildirir.
Moskva vilayətində 13 avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, olay Yaroslavsk şossesinin 43-cü kilometrliyində yaşanıb.
Qoşqulu yük avtomobili idarəetməni itirərək qarşı yola çıxıb və 10 minik, 2 yük avtomobili ilə toqquşub. Bütün avtomobillərə ciddi ziyan dəyib. 1 nəfər həlak olub, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətiləri ilə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qəza üzündən paytaxt istiqamətində böyük tıxac yaranıb.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.