AZ

“Arsenal” 22 ildən sonra kuboku başı üzərinə qaldırdı VİDEO

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

İngiltərənin “Arsenal” futbol komandası Premyer Liqa çempionluğu kubokunu qəbul edib.

İdman.Biz xəbər verir ki, mükafatlandırma mərasimi 38-ci turun “Kristal Palas” - “Arsenal” matçından sonra Londondakı “Selhurst Park” stadionunda keçirilib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyundan sonra “Arsenal” futbolçularına çempionluq medalları təqdim olunub. Premyer Liqa kubokunu komandanın kapitanı Martin Edeqor başı üzərinə qaldırıb.

Matçda “Arsenal”ın qollarını Qabriel Jezus və Noni Madueke vurublar. “Kristal Palas”ın yeganə qoluna isə Jan-Filipp Mateta imza atıb.

Qeyd edək ki, “Arsenal” İngiltərə çempionu adını sonuncu dəfə 2004-cü ildə qazanıb. London klubu 22 illik fasilədən sonra Premyer Liqanın qalibi olub və mövsümü 85 xalla tamamlayıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
icma.az

1Mənbələr