Axsham.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
"Seriallar mənim üçün gələcək film həyatıma lazım olacaq pilləkən idi. Bizdə seriallar o qədər aşağı keyfiyyətdə çəkilir ki... Azərbaycanda çəkilən seriallarda daimi qalmaq olmur. Sağlamlığını istəmirsənsə, çəkil. Bunu büdcə ilə əlaqələndirirəm. Büdcə yaxşı olmayanda heç nə yaxşı olmur. Bizdə aktyorlara əziyyət verirlər".
Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin yutub layihəsində deyib. Aktrisa seriallara çəkilməməsindən danışıb.
"Sosial şəbəkələrdən az istifadə edirəm. Həm TikTok, həm də digərlərindən. Qəlbimi çox qırıblar. Demişəm, ölənə qədər sənə halallıq verməyəcəyəm. Amma o dünyaya yüklə getmək istəmirəm" deyə, Pərvin əlavə edib.
View this post on Instagram
A post shared by Axşam.az (@axsamaz)
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.