AZ

Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb

Türkiyənin Çanaqqala vilayətində sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.

"Far.Az" bu barədə "İxlas" Xəbər Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, Ankara-Çanaqqala marşrutu ilə hərəkət edən avtobus Biqa rayonunun girişində idarəetmədən çıxaraq aşıb.

Əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
57
far.az

1Mənbələr