AZ

Güclü baş ağrısından belə qurtulun Cəmi 1 FİNCAN kifayətdir

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Uzun müddət kompüter ekranına baxmaq, stress, yuxusuzluq, kifayət qədər su içməmək və ya qeyri-müntəzəm qidalanma kimi gündəlik vərdişlər tez-tez təkrarlanan baş ağrılarına səbəb ola bilər.Bizim.Media Türkiyə mətbuatına istinadla bildirir ki, son illərdə təbii dəstək üsulları ilə bağlı araşdırmalar bəzi bitki çaylarının baş ağrısının şiddətini azaltmağa kömək edə biləcəyini göstərir.ZəncəfilTədqiqatçılar zəncəfilin tərkibində olan təbii birləşmələrin iltihab əleyhinə təsir göstərə biləcəyini bildirirlər. Bəzi araşdırmalar göstərir ki, xüsusilə miqrenin başlanğıc mərhələsində qəbul edilən zəncəfil narahatlıq hissini yüngülləşdirə bilər.Mütəxəssislər təzə zəncəfilin daha güclü təsir göstərə biləcəyini qeyd edirlər. Nazik doğranmış təzə zəncəfili isti suda bir neçə dəqiqə dəmləyib üzərinə bir neçə damcı limon əlavə edərək içmək olar. Xüsusilə baş ağrısının ilk əlamətləri hiss olunanda içilən bir fincan isti zəncəfil çayı rahatladıcı təsiri ilə seçilir.Nanə çayıMütəxəssislər nanənin tərkibindəki mentolun soyuducu və rahatladıcı təsir göstərdiyini bildirirlər. Xüsusilə burun tutulması və sinus təzyiqi ilə müşayiət olunan baş ağrılarında isti nanə çayının buxarı da faydalı ola bilər.Su qəbuluMütəxəssislərin ən çox vurğuladığı məsələlərdən biri də susuzluqdur. Orqanizmdə yaranan yüngül maye itkisi belə baş ağrısını tətikləyə bilər. Gün ərzində müntəzəm su içmək təkcə baş ağrısını deyil, yorğunluq hissini də azalda bilər. (musavat.com)Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
bizim.media

10Mənbələr