AZ

Vernidub: “Təklif olarsa, danışa bilərəm”

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Misli Premyer Liqasının XXXIII turunun "Kəpəz" – "Neftçi" oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:

– Mövsüm başa çatdı. Heyətdə dəyişiklik çox olacaq?

– Hədəfimizə nail olduq. Olduğumuz mövqe bizə Konfrans Liqasında oynamaq hüququ verir. Müqaviləsi bitən futbolçular var. Həqiqətən, heyətin gücləndirilməsinə ehtiyac var. Bir az vaxtımız olacaq, konkret bu işlərlə məşğul olacağıq. Klubun rəhbərləri var, onlar mənə suallar verəcək, mən də cavablandıracağam. Əminəm ki, növbəti mövsüm üçün güclü və geniş heyətimiz olacaq. Hazırda nəsə danışmaq düzgün olmaz. Məsələyə sabahdan baxacağıq. Kimlərin qalıb, kimlərin gedəcəyinə qərar verəcəyik.

– Emil Balayev uzun müddətdən sonra milliyə çağırıldı. Yeni mövsüm komandanın əsas qapıçısı o olacaq?

– Emili təbrik edirəm, son beş matçda əla performans göstərib. Milliyə çağırılmaqla mükafatını aldı. İşləməyə davam edirik, o, bizim liderimizdir. Hazırda kimin "bir nömrə" olacağını demək doğru olmaz. Toplanışda bunlara aydınlıq gələcək. Əlimdə üç qapıçı var və bu, çox yaxşıdır.

– Yerli "bazar"dan hansısa legionerin "Neftçi"yə keçmək ehtimalı var?

– Azərbaycanda yaxşı yerli və əcnəbi futbolçular var. Seçim etsəm, azərbaycanlıdan yana edərəm. İstərdim ki, onlar oynasın, milli komandalara çağırılsın və oyunları ilə töhfələr versin. Suala gəlincə, bəli, izlədiyimiz əcnəbi var. Amma eyni mövqeyə həm yerli, həm əcnəbi namizəd varsa, legioner oyunçu gərək bir baş daha üstün olsun ki, seçək.

– Avrokuboklarda ilk oyuna hazırlıq üçün vaxt azdır. Bu, problem ola bilər?

– Bu, tək bizə aid deyil. Ona görə əlimizdən gələni edəcəyik ki, problem olmasın.

– Köklü dəyişikliklər edə biləcəyiniz?

– Nəsə demək çətindir. Nələr olacağını bilmirəm, hər varianta hazıram.

– Məcbur deyilsiniz, amma "Neftçi" ilə yanaşı, milli komandamızı da düşünürsünüz. Yerli oyunçuları fikirləşən azsaylı əcnəbilərdənsiniz. Həm azarkeşlərə, həm mediaya göstərdiyiniz münasibətə görə sizə rəğbət var. Belə çağırış var ki, klubda uzunmüddətli layihənin parçası olasınız. Buna hazırsınızmı?

– Daha bir ilim var, əlimdən gələni edəcəyim ki, yaxşı olaq. Məşqçi işi çətindir, bu gün at üstündə ola bilərsən, amma sabah düşmək ehtimalın da var. Rəhbərlikdən hansısa təklif olarsa, danışaram. Azərbaycanı, xalqını sevirəm. Burda olmaqdan məmnunam.

– Ukraynada bir klubda uzun müddət çalışmısınız, amma ölkə xaricində uğurlu olsanız da, bir komandada çox qalmamısınız. Bu, təsadüfdür?

– Ukraynada "Metallurq"da uzun müddət işləmişəm. O klubda akademiyadan başlamışam və bütün yaş qruplarını kemişəm. Daha sonra bir az Belarusda və Moldovada çalışmışam. Yenidən qayıdıb "Krivbass"da işlədim, liqada bürünc medal qazandım. Ukraynada da maraqlı layihələr olub. İndi burdayam, işimdəyəm. Təklif olarsa, danışa bilərəm. "Neftçi" kimi böyük klubdayam. Şərtlər də əladır, qalır işləmək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
sport24.az

1Mənbələr