AZ

BMT WUF13 ü tarixi hadisə adlandırdı ŞƏRH

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Kənan Novruzov: “Bakı Forumu COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir oldu”

Azərbaycan Ümumdünya Şəhərsalma Forumunun paytaxtına çevrilməklə, qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi.

Mayın 17-22-si tarixlərini əhatə edən həftə Azərbaycan üçün tarixi bir dövrə çevrildi. Forumda ilkin olaraq 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi barədə məlumat yer almış, lakin tədbirin sonuna yaxın dəqiqləşmiş məlumatda 57 000-dən çox iştirakçının tədbirə qatıldığı məlum oldu.

Siyasi şərhçi Kənan Novruzov Sherg.az-a açıqlamasında deyir ki, bu rəqəmlərlə Bakı Forumu Ümumdünya Şəhərsalma Forumu tarixinin ən kütləvi sessiyası olmaqla yanaşı, 2024-cü ilin noyabrında Azərbaycanda keçirilmiş COP29-dan sonra ölkəmizdə baş tutmuş ikinci ən böyük beynəlxalq tədbir oldu:

"Məhz 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunması bu sahəyə verilən xüsusi önəmin göstəricisi kimi qiymətləndirilməlidir. Həmçinin, işğaldan azad olunmuş şəhərlərimizdə Ağdamda, Zəngilanda və Xankəndidə milli şəhərsalma forumlarının keçirilməsi, post-münaqişə dövründə dayanıqlı yaşayış məkanlarının formalaşdırılması yolunda mühüm addımlardır".

K. Novruzov bildirir ki, Forum çərçivşsində mühüm təşəbbüslər də həyata keçirildi. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı və 116 ölkənin QHT-lərini birləşdirən "Qlobal Cənub QHT Platforması" ilə tərəfdaşlıqla Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq "WUF13 QHT Forumu" keçirildi və BMT rəsmiləri bunu tarixi hadisə adlandırdı:

"3,5 hektar ərazidə qurulmuş "Urban Expo" sərgisi 66 ölkədən 217 təşkilatı bir araya gətirərək, Bakını qlobal şəhərsalma innovasiyaları və startaplarının qovuşağına çevirdi. WUF13 çərçivəsində beynəlxalq media nümayəndələri üçün Şamaxıya media turu da təşkil olundu - bu, xarici jurnalistlərə Azərbaycanın regional şəhərsalma siyasəti ilə daha dərindən tanış olmaq imkanı verdi".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
30
sherg.az

1Mənbələr