Azərbaycan güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçiriləcək növbəti Avropa çempionatında iştirak edirlər.
Manset.az-ın məlumatına görə, 75 kq çəkidə mübarizə aparan yunan-Roma güləşçimiz Süleyman Verdiyev Arman Ginosyana 4-1 hesabı ilə qalib gələrək 1/4 mərhələsinə yüksəlib.
Qeyd edək ki, millimizin üzvləri ölkəmizi 3 güləş növündə təmsil edirlər. Avropa çempionatına mayın 24-də yekun vurulacaq.
