AZ

Özgür Özel CHP parlament qrupunun sədri seçilib

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu partiyanın qərargahında iclas keçirib.

Türkiyə mediasının xəbərinə görə, Özgür Özel qapalı keçirilən iclasda iştirak edən 96 deputatdan 95-nin səsini alaraq yenidən CHP parlament qrupunun sədri seçilib.

Bir səs etibarsız sayılıb.

Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.

Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.

Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

AzPost.az

Seçilən
36
11
azpost.info

10Mənbələr