Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu partiyanın qərargahında iclas keçirib.
Moderator.az xəbər verir ki, Özgür Özel qapalı keçirilən iclasda iştirak edən 96 deputatdan 95-nin səsini alaraq yenidən CHP parlament qrupunun sədri seçilib.
Bir səs etibarsız sayılıb.
Qeyd edək ki, Ankara Məhkəməsinin qərarına əsasən, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib.
Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb.
Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.