Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu partiyanın qərargahında iclas keçirib.
Bakıvaxtı.az Türkiyə mediasının istinadən xəbər verir ki, Özgür Özel qapalı keçirilən iclasda iştirak edən 96 deputatdan 95-nin səsini alaraq yenidən CHP parlament qrupunun sədri seçilib. Bir səs isə etibarsız sayılıb.
Qeyd edək ki, Ankara Məhkəməsi CHP-nin 4-5 noyabr 2023-cü il tarixində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib. O zaman partiyanın sədri seçilmiş Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna qaytarılıb.