AZ

Qvardiolanın ayrılığı "Real"ı hərəkətə keçirdi

Pep Qvardiolanın "Mançester Siti"dən ayrılacağı açıqlanandan sonra bəzi futbolçular klubu tərk edə bilər.

Sportal.az xəbər verir ki, "Real" Premyer Liqa nəhənginin dörd futbolçusuna "elçi düşüb". Bu barədə "Defensa Central" məlumat yayıb.

Söhbət Rodri, Ticani Reynders, Erlinq Haaland və Yoşko Qvardioldan gedir. "Kral klubu" adıçəkilən oyunçular üçün hərəkətə keçməyi planlaşdırır.

Qeyd edək ki, Pep Qvardiola İngiltərə Premyer Liqasının 38-ci turunun sabah "Aston Villa" ilə matçından sonra "Mançester Siti"dən ayrılacaq.

saytlarin hazirlanmasi

Seçilən
54
2
sportal.az

3Mənbələr