AZ

Bakıda 64 ərazidə yeni kanalizasiya sistemi qurulacaq RƏSMİ

ain.az bildirir, Modern.az portalına istinadən.

Dövlət Proqramı çərçivəsində Bakı şəhəri və Abşeron yarımadasında içməli su təchizatı və kanalizasiya şəbəkəsinin genişləndirilməsi həyata keçiriləcək.

Modern.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədr müavini İlham Bayramov deyib. 

Onun sözlərinə görə, bunun nəticəsində su təchizatının fasiləsiz rejimə keçirilməsi və içməli suya olan tələbatın 95% ödənilməsi təmin olunacaq.

Sədr müavini onu da əlavə edib ki,  Bakı şəhərinin 64 yaşayış məntəqəsində mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması, həmçinin yağış sularının idarə olunması məqsədilə şəhərin 30 əsas küçə və prospektində yeni kollektorların inşası nəzərdə tutulur:

"Dövlət Proqramının icrası nəticəsində su mənbələrinin optimallaşdırılması hesabına Bakı şəhəri və Abşeron yarımadası üzrə su təchizatının 8,2 kubmetr/saniyə artırılması, sayğaclaşma səviyyəsinin 100%-ə çatdırılması, eləcə də su itkilərinin 20%-ə endirilməsi planlaşdırılır", - deyə İ.Bayramov qeyd edib .

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
11
modern.az

10Mənbələr