AZ

Çində kömür mədənində partlayışda ölənlərin sayı 90-a çatıb -YENİLƏNİB

Çinin şimalında yerləşən Şansi əyalətindəki kömür mədənində qaz partlaması nəticəsində həlak olanların sayı 90 nəfərə yüksəlib.

Redaktor.az-ın məlumatına görə, bu barədə şənbə günü Çinin Mərkəzi Televiziyası xəbər verib.

***
09:12

Çinin Şansi əyalətində yerləşən kömür mədənində baş verən qaz partlayışı nəticəsində azı 8 nəfər ölüb, 38 nəfər isə yeraltında qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi yerli fövqəladə halların idarə olunması qurumuna istinadla məlumat yayıb.

Məlumata görə, mədənçilərin ölümünə karbonmonoksit səviyyəsinin normadan artıq olması səbəb olub. Xilasedicilər indiyədək 201 nəfəri təxliyə edib, həlak olan səkkiz nəfərin cəsədi isə dağıntılar altından çıxarılıb.

Hazırda yeraltında qalan mədənçilərin xilas edilməsi istiqamətində əməliyyatlar davam edir. Qəzanın səbəbləri araşdırılır.

Seçilən
7
12
redaktor.az

10Mənbələr