AZ

Rusiyada Ermənistan içkilərinin satışı dayandırıldı

Ajans.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti açıqlama yayıb. Məlumatda qeyd olunur ki, "Rospotrebnadzor" dövriyyədə olan məhsullara, xüsusən də alkoqollu içkilərə nəzarəti həyata keçirir. Yoxlamalar nəticəsində Ermənistanın "Vedi-alko" QSC, "Abovyan konyak zavodu" MMC və "Şahnazaryan" Şərab-konyak evi" MMC tərəfindən istehsal olunan və standartlara cavab verməyən məhsullar müəyyən edilib.

"Rospotrebnadzor"dan bildirilib ki, məcburi tələbləri pozan məhsulların satışının qarşısını almaq məqsədilə idxalçı şirkətlərə və ticarət müəssisələrinə həmin spirtli içkilərin satışının dayandırılması, eləcə də keyfiyyətsiz məhsulların dövriyyədən çıxarılması barədə müvafiq tələblər göndərilib.

Seçilən
57
2
Ajans.az

3Mənbələr