AZ

"Hyundai"420 mindən çox avtomobili geri çağırır

Müəllif:Mehin Qasımova,Banco.az

"Hyundai" şirkəti ABŞ-də 421 min avtomobili proqram təminatında baş verən və təsadüfən əyləcləmə ilə nəticələnə biləcək xəta səbəbindən geri çağıracaq .

Banco.az xəbər verir ki, Reuters agentliyi məlumat verib.

Belə ki, Milli Yol Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatına  görə, geri çağırış "Santa Cruz" pikaplarına və 2025 və 2026-cı illərdə istehsal olunmuş "Tucson", "Tucson Hybrid" və "Tucson Plug"In "Hybrid Electric" krossoverlərinə təsir göstərir.

Tənzimləyici orqan bildirib ki, nasazlıq ön kameralardakı proqram təminatında yaranan xəta ilə əlaqədardır və bu, ön toqquşmanın qarşısının alınması sisteminin və əyləcin vaxtından əvvəl aktivləşməsinə səbəb ola bilər ki, bu da qəza riskini artırır.

Agentliyin məlumatına görə, "Hyundai" dilerləri ön kameraları üçün pulsuz proqram təminatı yeniləməsi təqdim edəcəklər. 

Seçilən
62
banco.az

1Mənbələr