AZ

Gürcüstan nəqliyyat infrastrukturuna yatırılacaq investisiyaların həcmini açıqladı

BAKI, 23 may. TELEQRAF

Gürcüstanın nəqliyyat infrastrukturunun inkişafına 7,5 milyard lari (təxminən 2,7 milyard dollar) investisiya yönəldiləcək.

Teleqraf xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan tərəfdaş ölkələrlə birlikdə infrastruktur imkanlarını və buraxılış qabiliyyətini genişləndirməklə planlı inkişafı davam etdirir:

"Təxminən 2032-ci ilə qədər nəqliyyat infrastrukturuna 7,5 milyard laridən çox investisiya qoyulacaq. Bura, təbii ki, avtomobil magistrallarının tikintisi, dəmir yolunun modernləşdirilməsi, Tbilisidə yeni beynəlxalq hava limanının və Anaklia limanının inşası daxildir. Bütün bunlar, nəticə etibarilə, Gürcüstanın daha çox yük qəbul etməsinə və aşırılmasına imkan yaratmaqla əsas məqsədə xidmət edəcək".

Seçilən
43
teleqraf.com

1Mənbələr