AZ

Türkiyədə yük maşını 2 avtomobillə toqquşdu: 5 ölü, 6 yaralı

Türkiyənin Giresun şəhərində Qara dəniz Sahil Yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, Liman yaxınlığında yük maşınının iki minik avtomobili ilə toqquşması nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, sürücüsünün kimliyi hələ açıqlanmayan 55 K 4065 dövlət nömrə nişanlı yük maşını 34 PMS 61 və 34 PNK 09 nömrəli avtomobillərlə toqquşub. Güclü zərbə nəticəsində nəqliyyat vasitələri yararsız hala düşüb.

Hadisə yerinə çox sayda təcili tibbi yardım, polis və xilasedici qruplar cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
61
1
olaylar.az

2Mənbələr