AZ

Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

ABŞ-nin Nyu-York ştatının Staten adasında yerləşən gəmiqayırma zavodunda baş verən yanğın və partlayış nəticəsində bir nəfər həlak olub, azı 36 nəfər xəsarət alıb.Bu barədə Nyu-York Yanğından Mühafizə İdarəsi (FDNY) məlumat yayıb.

Məlumata görə, hadisə yanğının söndürülməsi zamanı baş verən partlayışdan sonra daha da ağırlaşıb. Yaralananların əksəriyyətinin yanğınsöndürənlər olduğu bildirilir. Onlardan üçünün vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerinə 200-dən çox yanğınsöndürən və təcili yardım əməkdaşı cəlb olunub. Yanğının söndürülməsi və ərazidə təhlükəsizliyin təmin olunması istiqamətində işlər davam edir.

Hazırda yanğın və partlayışın səbəbləri araşdırılır.

Seçilən
46
1
anews.az

10Mənbələr