Bu gün Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərində dərslər yenidən əyani formada təşkil olunub.
AzEdu.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə WUF13-ün keçirildiyi 17–22 may tarixlərində məktəblərin fəaliyyətində dəyişiklik edilib, 18–22 may tarixlərində 5–11-ci siniflər üzrə dərslər məsafədən təşkil olunmuşdu.
Onlayn dərslər “Rəqəmsal məktəb” platforması üzərindən həyata keçirilib.
Qeyd edək ki, bu dəyişikliklər ibtidai siniflərə də şamil olunub.