AZ

Premyer Liqa: “Kəpəz” “Neftçi”yə, “Araz” “Zirə”yə qarşı – ARENA.AZ

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026 mövsümünün sonuncu – 33-cü turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.

“Kəpəz” “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyuna saat 15:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq.

“Araz-Naxçıvan” isə mövsümün sonuncu oyununda “Zirə” ilə qarşılaşacaq. “Sumqayıt Arena”da baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək. Oyunu Əkbər Əhmədov idarə edəcək.

Premyer Liqa
33-cü tur
21 may

“Qəbələ” – “Şamaxı” 3:1
Qollar: Seydina Keyta, 4. Domi Massumu, 33. Nicat Əliyev, 36 – Karim Rossi, 15.
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Şirmamed Mamedov, Niyaz Əhmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Ramil Diniyev.
Qəbələ şəhər stadionu. 18:30.

22 may

“Turan Tovuz” – “Sabah” 1:2
Qollar: Ayxan Hüseynov, 86 – Aaron Maluda, 15. Xəyal Əliyev, 64.
Hakimlər: Rauf Cabbarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
“Masazır Arena”. 17:00.

“Sumqayıt” – “Qarabağ” 3:4
Qollar: Səbuhi Abdullazadə, 53. Rüstəm Əhmədzadə, 76. Emil Mustafayev, 90+3 – Ramil Şeydayev, 3; 64. Emmanuel Addai, 22. Aleksey Kaşuk, 85.
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı.
VAR: Fərid Hacıyev.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Ceyhun Haşımov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 19:30.

23 may

“Kəpəz” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Zöhrab Abbasov, Əli Əliyev.
VAR: Elçin Məsiyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 15:00.

“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, İslam Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: İmanxan Sultani.
“Sumqayıt Arena”. 19:00.

24 may

“İmişli” – “Karvan”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Zöhrab Qədiyev.
Quba Olimpiya İdman Kompleksinin stadionu. 16:00.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
43
8
arena.az

10Mənbələr