AZ

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

Bakı, 23 may, AZƏRTAC

Konqo Demokratik Respublikasının (DR) milli futbol komandası ölkədə yayılan “Ebola” epidemiyası səbəbindən 2026-cı il dünya çempionatından kənarlaşdırılma təhlükəsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Ağ Evin Dünya Kuboku üzrə İşçi Qrupunun icraçı direktoru Endryu Culianinin sözlərinə görə, komanda ABŞ-ə yollanmadan əvvəl Belçikada 21 günlük karantindən keçməlidir. Əks halda, onların turnirə ev sahibliyi edən ölkələrə girişinə icazə verilməyə bilər.

Konqo DR millisi epidemiya səbəbindən Kinşasadakı təlim-məşq toplanışını ləğv edərək hazırlığını Belçikada davam etdirmək qərarı verib. Komanda qrup mərhələsində Portuqaliya, Özbəkistan və Kolumbiya ilə qarşılaşacaq.

Qeyd edək ki, mayın 17-də Ümumdünya Səhiyyə Təşkilatı Konqo Demokratik Respublikası və Uqandada “Ebola” epidemiyasını beynəlxalq səviyyədə fövqəladə vəziyyət elan edib. Hazırda Konqo DR-də təxminən 750 şübhəli yoluxma halı və 177 ölüm qeydə alınıb.

Seçilən
16
6
azertag.az

7Mənbələr