AZ

Senatorlar ABŞ ı Ukraynaya yardımı tezləşdirməyə çağırıb

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Konqresinin iki partiyadan olan senatorları Müdafiə Nazirliyini Ukraynaya və Şərqi Avropadakı digər müttəfiqlərə nəzərdə tutulmuş 600 milyon dollar yardımın gecikmədən göndərilməsi üçün təcili addım atmağa çağırıblar.

Bizimyol.info xəbər verir ki, "Associated Press"in məlumatına görə, cümə günü onlar Müdafiə naziri Pit Heqsetə məktub göndərərək bu vəsaitin ayrılmasını xahiş ediblər.

Son həftələrdə Konqres ilə ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında gərginlik artıb: həm Demokrat, həm də Respublikaçı qanunvericilər Ukraynaya nəzərdə tutulmuş 400 milyon dollar yardımın və Estoniya, Latviya, Litvaya ayrılmış 200 milyon dollar müdafiə vəsaitinin taleyi barədə açıqlama tələb edirlər. Bu vəsaitlər keçən il Konqres tərəfindən ayrılıb.

Maraqlıdır ki, narazılıq yalnız Demokratlar arasında deyil; hətta Respublikaçı senatorlar da Tramp administrasiyasının Ukraynadan və digər Avropa müttəfiqlərindən uzaqlaşmasına etiraz edirlər.

Nümayəndələr Palatasında isə Demokratlar Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edilməsi və Ukraynaya 1 milyard dollar hərbi yardım ayrılmasını nəzərdə tutan təşəbbüs üçün dəstək toplayır. Bu paket qanun qəbul etmə ehtimalı az olsa da, qanunvericilər arasında Ukraynanın hərbi səylərini dəstəkləyən yeni impuls yaradır.

Bundan əvvəl ABŞ Dövlət Departamenti Ukraynaya "Hawk" raket sistemi və əlaqədar avadanlıq üçün xarici hərbi şirkətlər vasitəsilə 108,1 milyon dollar dəyərində avadanlıq satışını təsdiqləyib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
2
bizimyol.info

3Mənbələr