AZ

Fransa Almaniya və Britaniya ilə birgə uzaqmənzilli raketlər hazırlamaq istəyir

Fransa Almaniya və Britaniya ilə birgə uzaqmənzilli raketlər hazırlamaq istəyir

Fransa Böyük Britaniya və Almaniyanın uzaqmənzilli raketlərin birgə hazırlanması proqramına daxil olmaq niyyətindədir.

AFN.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən mövzu ilə bağlı danışıqlar iyunun əvvəlində baş tutacaq. Qəzet qeyd edir ki, Paris bu proqramda iştirakın konvensional və nüvə çəkindirmə vasitələri arasındakı "fərqi azaldacağına" inanır. FT-nin yazdığına görə, Berlin Fransanın mümkün qoşulmasını coşqu ilə qarşılasa da, Britaniya hakimiyyəti yeni tərəfdaşın öz silah konsepsiyası və müdafiə sənayesi sahəsindəki şəxsi maraqları səbəbindən "balansı poza biləcəyindən" ehtiyat edir.

Xatırladaq ki, 2025-ci ilin iyulunda Böyük Britaniya hökuməti London və Berlinin əldə olunmuş razılaşmalar çərçivəsində növbəti onillikdə uçuş məsafəsi 2 min kilometrdən çox olan yeni raketlər hazırlayacağını bəyan etmişdi.

Seçilən
42
afn.az

1Mənbələr