AZ

Bəzi ölkələr İranla müharibəyə qoşulmağa hazır olduqlarını bildiriblər - ABŞ dövlət katibi

Bəzi ölkələr İranla müharibəyə qoşulmağa hazır olduqlarını bildiriblər - ABŞ dövlət katibi

Müəyyən ölkələrin rəhbərliyi regionda hərbi əməliyyatların yenidən başlayacağı təqdirdə İrana qarşı müharibəyə girməyə hazır olduqlarını ABŞ-a bəyan ediblər.

AFN.az xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət katibi Marko Rubio NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşünün keçirildiyi Helsinqborq şəhərində bəyan edib.

"Mən deyirəm ki, "B planı" mütləq olmalıdır. Əgər İran "Xeyr, biz boğazları açmaqdan imtina edirik" desə, necə hərəkət etməli? O zaman kim qabağa düşməli və bununla bağlı nəsə etməlidir. Bu o demək deyil ki, biz bunu bacarmazdıq. Amerika Birləşmiş Ştatları bunu edə bilərdi, lakin iş həqiqətən bura qədər böyüsə, potensial olaraq belə bir addımda iştirak etməyə maraq göstərən dövlətlər var. Bizim onların köməyinə ehtiyacımız yoxdur, lakin onlar buna hazırdırlar. Düşünürəm ki, əgər istəklidirlərsə, biz onların təklifini qəbul etməliyik. Lakin mən elə hesab etmirəm ki, bu gün hansısa qəti öhdəliklər və ya ciddi xahişlər olub. Bu, hələ tez olardı, mən sadəcə olaraq nə vaxtsa üzləşə biləcəyimiz məsələni qaldırdım. Bir daha qeyd edirəm: söhbət İranla razılığa gələ bilməyəcəyimiz haldan gedir, lakin biz razılığın əldə olunmasına üstünlük verərdik", - deyə Rubio əlavə edib.

Seçilən
57
afn.az

1Mənbələr