AZ

Qrenlandiyalılar ABŞ-nin yeni konsulluğunun yaxınlığında etiraz aksiyası keçiriblər

BAKI, 22 may. TELEQRAF

500-dən çox qrenlandiyalı ABŞ Prezidenti Donald Trampın ada üzərində nəzarəti ələ keçirmək istəyinə etiraz olaraq nümayiş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "France-Presse" agentliyi məlumat yayıb.

Aksiya paytaxt Nuukda yeni ABŞ konsulluğu binasının açılışından sonra keçirilib.

Aksiyada "Evə qayıt, ABŞ" və "Biz satılmırıq" yazılı plakatlar qaldırılıb, Qrenlandiyanın qırmızı-ağ bayrağı dalğalandırılıb.

Etirazçılar konsulluq binasına arxalarını çevirərək ABŞ-dan narazılıqlarını sükutla ifadə etdilər.

ABŞ-nin Danimarkadakı səfiri Kennet Hoveri konsulluq binasının açılışında çıxış edərək Trampın Qrenlandiyanı ələ keçirmək üçün güc tətbiqini istisna etdib və qrenlandiyalıların öz gələcəklərini müəyyən edəcəklərini deyib.

Qrenlandiyanın Baş naziri Yens-Fridrix Nilsen açılış mərasimində iştirak etmək dəvətini rədd edib.

Seçilən
53
4
teleqraf.com

5Mənbələr